"The Sun" xəbər verir ki, İnnovasiyaya Epidemik Hazırlıq Koalisiyasının (CEPI) tədqiqatçıları dünyanın yeni bir ölümcül virus ilə üz-üzə qalacağını bildiriblər.
Bizim.Media xəbər verir ki, alimlər meyvə yarasaları ilə yoluxan Nipah virusunun son dərəcə təhlükəli olduğunu aşkar ediblər. Bu infeksiyalı meyvələrlə qidalanan donuzlar tərəfindən də yayıla bilər. Nipah virus infeksiyaları üçün ölüm nisbətinin 40-75 % arasında olduğu bilinir.
MÖVZU İLƏ BAĞLI:
İngiltərə Avropanı yoluxdurmağa başladı
Xəstəlik ilk dəfə 1999-cu ildə Malayziyada aşkar edilib. Virus şiddətli beyin ödəminə, qıcolmaya və qusmaya səbəb ola bilir. Ayrıca, infeksiyanın uzun bir inkubasiya müddəti (45 gün) və yüksək mutasiya ehtimalı var.
Mütəxəssislər infeksiyanın Cənub-Şərqi Asiyada sürətlə yayıla biləcəyindən narahat olduqlarını dilə gətiriblər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunu pandemiyaya səbəb olma potensialı yüksək olduğu üçün araşdırılmalı olan 16 prioritet patogenlərdən biri kimi siyahıya alıb.
Bizim.Media