D vitaminli qidalar - Siyahı 

D vitaminli qidalar - Siyahı 

Hazırda oxunan: D vitaminli qidalar - Siyahı 

11970

D vitamini hüceyrələrin böyüməsi, immunitet sistemi və iltihablı xəstəliklərlə mübarizədə çox vacibdir.

Sümüklərin və xüsusilə dişlərin də güclənməsi üçün son dərəcə əhəmiyyətli sayılan həmin vitamin çatışmazlığı zamanı sümüklər zəifləyir və sümük xəstəliyi sayılan raxitlik əmələ gəlir. 

D vitamini təbii qidalardan da alına bilər.

Bizim.Media D Vitamini ilə zəngin olan qida məhsulların siyahısı təqdim edir:

Yağlı balıqlar 

Somon balığı böyük bir D vitamini mənbəyidir. Skumbriya, ton balığı, alabalıq və sardalya balıqları da D vitamini baxımından zəngindir. 

Yumurta 

Yumurtadakı D vitamini tərkibi sarısında olur.  

Qırmızı ət 

Mal əti və quzu kimi qırmızı ətlərdə kifayət qədər D vitamini var.

Göbələklər 

Adı çəkilən qidaların çoxu veganlar üçün uyğun deyil, lakin bitki mənşəli  qidalanmada da D vitamini almağın yolları var. Bu baxımdan göbələkləri misal çəkmək olar.

D vitamini tərkibi ilə bağlı aparılan araşdırmalara görə, göbələklərdəki D vitamini səviyyəsi bişdikdən sonra bir az azalsa da , 10 mikroqramın üstündə qaldığı bildirilir. 

Göbələklər bir porsiyada xeyli miqdarda D vitamini təmin edə bilən, heyvan mənşəli olmayan, zənginləşdirilməmiş qida mənbəyi olma potensialına malikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO