Onkoloji xəstəliklərin artmasının 3 əsas səbəbi - AÇIQLAMA

Onkoloji xəstəliklərin artmasının 3 əsas səbəbi - AÇIQLAMA

Hazırda oxunan: Onkoloji xəstəliklərin artmasının 3 əsas səbəbi - AÇIQLAMA

100165

Ölkəmizdə onkoloji xəstələrin sayı hazırda 60 minə yaxınlaşıb. Rəsmi məlumata görə, 1600 nəfərə qədər onkoloji xəstə hazırda stasionar şəraitdə müalicə alır. Ümumilkdə götürəndə, son illər həm bu xəstələrin, həm də bu xəstəliyin növlərinin sayı durmadan artır. 

Onkoloq Asif Abbasov Bizim.Media-ya açıqlamasında bu xəstəliyin artma səbəbini belə izah elədi:

“Onkoloji xəstəliklərin artmasının birinci səbəbi əhalinin çoxalmasıdır. Çünki, əhali artdıqca istər-istəməz xəstə insanların da sayə artır.

İkinci səbəb, düzgün qidalanmama, ekoloji amillər, şüaalanma və digər faktorlardır. 

Üçüncü səbəb, onkoloji xəstələrin uzunömürlü olmasıdır.

Əvvəllər onkoloji xəstələr çox az ömür yaşayırdı. Müalicə metodları, yanaşma tərzləri indiki qədər uğurlu deyildi. Amma son illər müalicədə tətbiq edilən yeniliklərlə əlaqədar xəstələrin yaşam müddəti də artıb. Məsələn, əvvəllər onkoloji xəstələr bir neçə ay yaşaya bilirdilərsə, indi onlar uzun ömür sürə bilirlər. Əsas bu faktorlar onkoloji xəstələrin sayının artmasına səbəb olub.

Onkoloji xəstəliyin yaranma səbəbindən danışan onkoloq əsas faktor kimi qidanı qeyd etdi:

“Bütün dünyada sübut olunub ki, onkoloji xəstəliklər əsasən kimyəvi tərkibli və ekoloji cəhətdən təmiz olmayan qidalardan yaranır. Bununla belə şüalanma da bu sahədə öz  işini görür. Ətrafımızdakı şüa mənbələrini ayırd etməkdə çox təəssüf ki, acizik. Eyni zamanda, bu xəstəliyin irsən geçməsi də tibbdə sübut olunub”.

Asif Abbasov onkoloji xəstəliyin vaxtında aşkarlandığı və düzgün müalicə olunduğu təqdirdə heç də qorxulu olmadığını söylədi:

“Bu gün elmi nailiyyətlərin nəticəsində onkoloji xəstələr uzun ömür yaşaya bilirlər. Bəzi xəstələrsə hətta bundan qurtulurlar da. Burda əsas məsələ insanın özünə qarşı düzgün və həssas yanaşmasıdır. Normalda 40 yaşını keçmiş bütün insanlar ən azı ildə bir dəfə müayinə olunmalıdır. Xüsusən də ailəsində bu xəstəlikdən əziyyət çəkən varsa və ya olubsa həmin şəxslər mütəmadi olaraq ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Vaxtında edilən müdaxilə onkoloji xəstəliyin ölüm risqini demək olar ki, aradan qaldırır. Bu xəstəlik o zaman ölümcül olur ki, müalicəsi gecikdirilir”.

Surxay Atakişiyev, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO