“Kilsə milli və dövlət maraqları ilə idarə olunur. Əgər kilsənin mövqeyi bunlardan birinin fikirlərini əks etdirirsə, bu, hansısa siyasi partiyaya dəstək kimi qiymətləndirilməməlidir”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri bütün ermənilərin katalikosu II Qaregin deyib.
MÖVZU İLƏ BAĞLI:
2-ci Qaregin Paşinyanı istefaya çağırdı
Onun sözlərinə görə, kilsə siyasətdən kənardır.
“Kilsə insanları küçələrə axışmağa çağırmayıb. Biz sadəcə, Ermənistan Baş naziri Nikol Paşinyanı istefaya səsləmişik”, deyə katalikos fikrini tamamlayıb.
Bizim.Media