“İrəvan Qərblə Rusiyanın qarşıdurmasında tək qala bilər” – Erməni deputat

“İrəvan Qərblə Rusiyanın qarşıdurmasında tək qala bilər” – Erməni deputat

Hazırda oxunan: “İrəvan Qərblə Rusiyanın qarşıdurmasında tək qala bilər” – Erməni deputat

99748

“Ermənistan hələki Qərblə Rusiya arasındakı qarşıdurmanın episentrində yer almayıb, çünki bu mövzu ətrafındakı vəziyyət bir qədər fərqlidir”. 

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri oktyabrın 17-də “Ermənistan” fraksiyasının üzvü, deputat Armen Gevorkyan səsləndirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları hazırda Qarabağdadır və rəsmi Moskva Ermənistanda həm geosiyasi, həm də iqtisadi baxımdan həlledici rol oynayır.

“Yəni, bölgədə oyunçuların varlığı baxımından hələlik heç bir dəyişiklik yoxdur. Təbii ki, mövcud vəziyyətin və yaradılmış balansın dəyişə biləcəyi tendensiyaları var”, - deyən Gevorkyan əlavə edib.

Onun fikrincə, bu tendensiyalar Ermənistanın özündən deyil, dünyada gedən proseslərdən qaynaqlanır.

Deputat hesab edir ki, indiki vəziyyətdə Ermənistanın tək qala biləcəyi ilə bağlı real təhlükə yaranıb.

“Yeni real müttəfiqlər tapmamış, mövcud olanlardan üz döndərmək lazım deyil.  Onsuz da hazırkı mübarizədə hər kəs öz maraqlarını müdafiə edir. Ermənistan və erməni məsələsi isə sonda bu maraqlara xidmət etmək üçün yalnız bir vasitəyə çevrilə bilər. Ona görə də çalışmalıyıq ki, bu təhlükədən qaçaq”, - deyə deputat yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO