SEPAH növbəti dəfə SƏRHƏDİMİZDƏ – “5-10 maşınla aşağı-yuxarı hərəkət etməklə bizə mane ola bilməzlər”

SEPAH növbəti dəfə SƏRHƏDİMİZDƏ – “5-10 maşınla aşağı-yuxarı hərəkət etməklə bizə mane ola bilməzlər”

Hazırda oxunan: SEPAH növbəti dəfə SƏRHƏDİMİZDƏ – “5-10 maşınla aşağı-yuxarı hərəkət etməklə bizə mane ola bilməzlər”

99663

Xəbər verdiyimiz kimi, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhəddə təlimlərə start verib. Təlimlərdə diqqət çəkən və ikrah doğuran əsas məqamlardan biri isə cənub qonşumuzun Araz çayını keçmək üçün panton körpülər açılması məşqlərini icra edəcəyidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan Vətən müharibəsində zəfər əldə etdikdən sonra İran sərhədlərimizdə kifayət qədər intensiv şəkildə hərbi təlimlər həyata keçirməkdədir: 
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycanla sərhəddə təlimlərə başladı


“Bu da İran İslam Respublikasının Azərbaycanın qələbəsindən ciddi şəkildə narahat olduğunu iddia etməyə əsas verir. Maraqlıdır ki, 30 illik işğal dönəmində Ermənistanın Azərbaycana aid 10 min kv.km ərazidə bütün infrastrukturu, o cümlədən tarixi və dini abidələri məhv etməsinə səssiz qalan İran, Ermənistana dəstək verməkdən ötürü dəridən-qabıqdan çıxır.

Hələ də aviasiya vasitələrinin tanınma sistemini tətbiq edə, mülki və hərbi təyyarələrin identifikasiyasını həyata keçirə bilməyən İranın Azərbaycan sərhədlərinə 5-10 maşınla aşağı-yuxarı hərəkət edib, panton körpülər açması Azərbaycanı Qarabağ və Zəngəzur istiqamətindəki fəaliyyətlərinə heç bir halda mane ola bilməz”. 
Ekspert zamanında İranın Azərbaycana qarşı daha ciddi müdaxilələrinin olduğunu da xatırladıb:

“Biz, İran qırıcılarının Xəzər üzərindəki uçuşlarını da xatırlayırıq. Və Azərbaycan İran təhdidlərinin neytrallaşdırılması üçün kifayət qədər ciddi potensiala və müttəfiqlərə malikdir. İranın sərhədlərimizdə yersiz formada atılıb-düşməsi, özünü aqressiv şəkildə aparması, yalnız və yalnız Ermənistanın özünə ziyan edəcək. 

Qeyd etməliyəm ki, İranın bu cür fəaliyətləri onun İslamla yaxından-uzaqdan əlaqəsinin olmadığını bir daha nümayiş etidirib. Bütün dünyanın Rusiyanın Ukraynadakı əməliyyatlarını pislədiyi bir vaxtda İranın işğalı dəstəkləmək üçün Kremlə mindən çox PUA, “Fateh 110” və “Zülfüqar” ballistik raketlərini verməsi də bu faktı təsdiq edir. İran birmənalı olaraq işğalçı ölkələri dəstəkləməklə özünün əsl simasını dünya ictimaiyyətinə nümayiş etdirməkdə davam edir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO