Bir neçə gün əvvəl Ermənistanın Müdafiə Nazirliyi yanvarın 28-də ordu gününün təntənəli surətdə keçirilməyəcəyi barədə məlumat yayıb. Ancaq hərbi hissələr daxilində müəyyən tədbirlərinin keçirilməsi məqbul sayılıb.
Nikol Paşinyan isə bu gün səhər tezdən başının dəstəsi ilə Yerablur məzarlığına gedib, Qarabağda həlak olanları sakit ziyarət etməyə çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Robert Koçaryan: “Bakı Qarabağ məsələsini həll edilmiş hesab edir”
Burada da jurnalistlər onu dinc buraxmayıblar. “Siz Şuşanı hələ də Azərbaycan şəhəri hesab edirsiniz?.. Hərbi əsirlərimizin taleyi ilə maraqlanırsınızmı?.. Daha neçə ölü sayı olacaq?..”- kimi suallarla baş naziri isterikaya salıblar. O, mühafizəçilərinin köməyi ilə məkanı tez tərk edib.
Erməni mətbuatı isə ordu gününü boz keçməməsi üçün “təsəlliverici” reportajlar hazırlayırlar. Hansısa andronikləri, xaçaturyanları, sarkisyanları tapıb onlardan “qalib əsgər” obrazı yaratmaq stəyirlər.
Müsahibələrində ağızdolusu danışan bu “qəhrəmanlar” deyəsən Azərbaycan ordusunun qarşısından batan gəmini tərk edən siçovular kimi qaçdıqlarını unudublar.
Ölkənin eks prezidenti Serj Sarqsyan isə erməni ordusuna təsəlli verərək qeyd edir:
“Sən məğlub deyilsən, səni yaxşı tanıyıram - sənə xəyanət etdilər, səni arxadan vurdular, ağır yaralanmısan, səni zəiflətmək üçün hər şeyi etdilər...”
Sonda bütün ermənilər orduları ilə bağlı sadəcə, Azərbaycanın Ali Baş Komandanının fikrini xatırlatmaq yetərlidir:
“Ermənistan ordusu darmadağın edildi. Daha erməni ordusu yoxdur!”
Vüsalə Balayeva, Bizim.Media