“Delimitasiyadan sonra biz Qarabağı itiririk” - Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri

“Delimitasiyadan sonra biz Qarabağı itiririk” - Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri

Hazırda oxunan: “Delimitasiyadan sonra biz Qarabağı itiririk” - Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri

99574

“Nikol Paşinyan deyir ki, Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinə uyğun demarkasiya etməlidirlər. Bu o deməkdir ki, Azərbaycan keçid məntəqələri Gorus-Qafan, İrəvan-Gorus magistrallarında, Kərki kəndində, Qazax rayonu ilə sərhəddə, Voskepar yaxınlığında Gürcüstana gedən yolda olacaq. Bu, hələ bizi gözləyən fəlakətin kiçik bir hissəsidir”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan 168TV telekanalının efirində deyib.

“Bütün ictimai, siyasi sahəmiz və ekspert dairələrimiz Qərb və Rusiyanın vasitəçilik səylərini müzakirə edir və müqayisə edir, halbuki hər ikisi fəlakətlidir. Biz əminik ki, indiki Rusiya-Türkiyə formatı nə təhlükəsizliyi, nə də sabitliyi təmin edə bilməz.

Əgər biz “Arsax”dan (Qarabağdakı qondarma rejim) imtina etmişiksə, o zaman istənilən danışıqlarda Ermənistanın hesabına güzəştə getməliyik. “Arsax” bizim üçün təkcə orda yaşayan ermənilər üçün deyil, həm də Ermənistanın özü üçün də təhlükəsizlik təbəqəsidir.

Bu gün sülh müqaviləsi, blokadanın çıxarılması, yeni yolların açılması ilə bağlı danışıqlar gedirsə və bütün bunlar “Arsax” məsələsindən ayrılıbsa, bizim üçün bu məsələ artıq mövcud deyil. Rəsmi Bakı ilə rəsmi İrəvanın  gündəmi budur. Təəssüf ki, müxalifət də blokada, sərhədlərin, yolların demarkasiyası və hətta Ermənistan-Türkiyə danışıqlarını da “Arsax” məsələsindən ayırıb.
Parlament müxalifəti “Arsax” müstəqil olmalıdır, desə də, əslində bu  məsələnin mövcud olmadığını etiraf edirik.

Hər iki vasitəçilik formatı, Avropa və Rusiya, “Arsax”ın tam güzəştini nəzərdə tutur. Rusiya özü “Arsax”ın statusunu müzakirə etməkdən imtina edir. Parlament müxalifətinin bu ilin may-iyun aylarında etdikləri təklifləri də qəbuledilməzdir, çünki onlar da “Arsax” məsələsini gündəmdən çıxarıb”, - deyə Şahnazaryan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO