Paşinyan separatçılarla Azərbaycanla danışıqların gedişatını müzakirə etdi

Paşinyan separatçılarla Azərbaycanla danışıqların gedişatını müzakirə etdi

Hazırda oxunan: Paşinyan separatçılarla Azərbaycanla danışıqların gedişatını müzakirə etdi

99524

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş nazirin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, görüşdə tərəflər Azərbaycanla danışıqların gedişatına toxunublar.

“Baş nazir qeyd edib ki, əvvəllər olduğu kimi, gələcəkdə də danışıqlarla bağlı bütün məlumatlar Qarabağdan olan “həmkarları”na veriləcək”, - bəyanatda deyilir.

Yeri gəlmişkən, görüşlə bağlı yayılan fotoda nə Ermənistanın, nə də “Arsax”ın bayrağı yer alıb. Paşinyan növbəti dəfə Qarabağın Azərbaycana aid olduğunu Xankəndidən gələn “qonaqların” beyninə həkk etmək istəyib.

Xatırladaq ki, oktyabrın 12-də Nikol Paşinyan Arayik Arutyunyanı qəbul edib. Görüş zamanı Qarabağ ətrafındakı vəziyyət müzakirə predmeti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO