“Ermənistanın içində Azərbaycana işləyən qüvvələr var” - Poqosyan 

“Ermənistanın içində Azərbaycana işləyən qüvvələr var” - Poqosyan 

Hazırda oxunan: “Ermənistanın içində Azərbaycana işləyən qüvvələr var” - Poqosyan 

9950

“İçimizdə agentura şəbəkəsi var, onlar ölkə daxilində çaxnaşma yaratmaq istəyirlər”. 

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında separatçı rejimin mətbuat katibi Vaqram Poqosyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Seyran Ohanyan: “Paşinyanla Ermənistanın məğlubiyyətləri daimi olacaq”


O bildirib ki, bəzi destruktiv qüvvələr Azərbaycanın əlinə oynayır.

Onlar bizim münasibətimizi bilmədən bizim nəzarətimizdə olan torpaqlara azərbaycanlı köçkünlərin qayıdacağı haqda dezinformasiya yayırlar, sülhdən danışırlar:

“Bu heç vaxt mümkün deyil, Artsax (Qarabağ-red.) rəhbərliyi buna qəti imkan verməyəcək”. 

Mətbuat katibi tezliklə bu məsələnin xüsusi orqanlar tərəfindən həll olunacağını da deyib.

Sonda Poqosyann Qarabağın statusu ilə bağlı mübarizələrini sona qədər davam etdirəcəklərini bu işdə rus sülhməramlılarına arxalandıqlarını bildirib: 

“Qarabağın statusu müzakirə mövzusu deyil, biz, ermənilər heç vaxt Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına imkan verməyəcəyik”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO