Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı ilə İrəvan arasında sərhədlərin dəqiqləşdirməsi və nişanlaması mövzusundan danışarkən 1929-cu il tarixində həyata keçən bənzər prosesin əsas götürülə biləcəyini bildirib.
Bəs görəsən, 1929-cu il tarixində həyata keçən proses nədən ibarət olub?
Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev qeyd edir ki, məhz 1929-cu il tarixində Azərbaycanın bir sıra ərazilərinin Ermənistana verilməsilə Azərbaycanın əsas hissəsinin qərb sərhədilə Naxçıvan arasındakı məsafə 16 km-dən 42 km-ə çatdırılıb:
“Məhz 1929-cu ilə Azərbaycanın Cəbrayıl rayonunun Nüvədi kəndi və Naxçıvanın 9 kəndi Rusiya tərəfindən alınaraq Ermənistana veriləndən sonra Bakı ilə Naxçıvanın əlaqəsi kəsildi. Qriqoryan da sərhədlərin dəqiqləşməsi prosesində buna istinad etmək istəyir.
Azərbaycan buna heç bir razılıq verməyib. Yəni həmin əraziləri Azərbaycanın icazəsi olmadan veriblər. Həmin illərdə mərkəzlə ermənilər Azərbaycanla Naxçıvanın əlaqəsini kəsmək qərarına gəlib və həmin qərarı da məhz 1929-cu ildə icra ediblər.
Nəticədə Azərbaycanla Naxçıvan arasında olan məsafə daha 26 km. artırılaraq, 42 km-ə çatdırılıb. Bu isə Zəngəzurun tamamilə ilhaq olunması ilə nəticələnən tarixdir. Ona görə də Qriqoryan 1929-cu ili əsas götürür. Azərbaycan bununla razılaşmayacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
17:00 / 13.10.2022
Ermənilərin təklif etdiyi 1929-cu il delimitasiya prinsipi nədir? – ŞƏRH
Hazırda oxunan: Ermənilərin təklif etdiyi 1929-cu il delimitasiya prinsipi nədir? – ŞƏRH
Hazırda oxunan: Ermənilərin təklif etdiyi 1929-cu il delimitasiya prinsipi nədir? – ŞƏRH
99110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.