Ermənistanda dələduz əsirlikdə olan hərbçini geri qaytarmaq üçün qohumundan PUL ALDI

Ermənistanda dələduz əsirlikdə olan hərbçini geri qaytarmaq üçün qohumundan PUL ALDI

Hazırda oxunan: Ermənistanda dələduz əsirlikdə olan hərbçini geri qaytarmaq üçün qohumundan PUL ALDI

98914

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) əsir düşən hərbçini pul müqabilində “geri qaytarmağı” təklif edən şəxsi saxlayıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Gümrü sakini B.P. öyrənib ki, X.Q-nin qohumu sentyabrın 13-də əsir düşüb. O, özünü MTX-nın əməkdaşı kimi təqdim edərək yardımını təklif edib. 

Bu haqda isə MTX və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi informasiya əldə edib.

O, MTX-nın general rütbəli zabitinə rüşvət vermək və itkin düşən şəxsin əsirlikdən azad edilməsini təşkil etmək üçün X.Q-nin yaxınlarından 5 milyon dram (12 min dollar) tələb edib.

2022-ci il oktyabrın 11-də MTX əməkdaşı H.B-nın nəzarəti altında o, məbləğin bir hissəsini (1,2 milyon dram) B.P.-yə verib. Bundan dərhal sonra o, MTX ərəfindən saxlanılıb.
Hazırda insidentlə bağlı araşdırma davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO