"Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" - Zərif

Hazırda oxunan: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir" - Zərif

9870

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Ara Ayvazyanla görüşüb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan respublikası daxil olmaqla bölgədəki bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi əhəmiyyətlidir. Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - deyə Zərif  bildirib.

O, Ermənistanı İranın əhəmiyyətli qonşusu kimi xarakterizə edib.

Məlumata görə, İran və Ermənistan XİN başçıları ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO