Münasibətlər normallaşanadək ekstradisiya konvensiyası Ermənistana tətbiq edilməyəcək

Münasibətlər normallaşanadək ekstradisiya konvensiyası Ermənistana tətbiq edilməyəcək

Hazırda oxunan: Münasibətlər normallaşanadək ekstradisiya konvensiyası Ermənistana tətbiq edilməyəcək

98610

“Ekstradisiya haqqında” Avropa Konvensiyasının müddəları münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO