Türkiyənin Muğla şəhərinin Fethiye rayonunda qayalara çırpılan rus paraplançı Maksim Kuzin həyatını itirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, yamac paraşütü etmək üçün Ölüdəniz məhəlləsindən 1200 metr məsafədə Babadağın eniş zolağına çıxıb.
Hazırlıqlardan sonra havaya qalxan Kuzin bir müddət sonra qayaların üzərinə yıxılıb.
Hadisə yerinə xilasedicilər gəliblər. Nəzarət zamanı paraşütçünün hadisə yerində öldüyü müəyyən edilib.
Bölgə sıldırım və qayalıq olduğundan Kuzinin cəsədini yerindən tərpətmək mümkün olmayıb və hadisə yerinə helikopter yönəldilib.
Xilasedici qruplar tərəfindən helikopterə qaldırılan Kuzinin cəsədi Fethiye Dövlət Xəstəxanasına aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
05:20 / 08.10.2022
Rus paraşütçü Türkiyədə ÖLDÜ
Hazırda oxunan: Rus paraşütçü Türkiyədə ÖLDÜ
Hazırda oxunan: Rus paraşütçü Türkiyədə ÖLDÜ
98071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.