“Həkimlər razılıq verən kimi Armen Sarkisyan Londondan İrəvana qayıdacaq. Hələki o, məsafədən çalışmağa davam edir”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. İnformasiyada qeyd olunub ki, Armen Sarkisyanın vəziyyəti yaxşılaşır və o, müalicəsini ev şəraitində davam etdirir.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan prezidenti: “Ölkədə dərin siyasi və psixoloji böhran var”
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyanın koronavirusa yoluxduğu barədə xəbərlər yanvarın 5-i yayılıb.
Bildirilib ki, Armen Londonda tibb işçilərinin nəzarəti altındadır.
Yanvarın 13-ü vəziyyətinin pisləşməsi ilə əlaqədar onun xəstəxanaya yerləşdirildiyi məlum olub. Onun həyat yoldaşı Nune Sarkisyan da Covid 19-a yoluxub.
Bizim.Media