"Donbas regionu, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçmiş "referendumlar" BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə tam uyğundur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.
Onun sözlərinə görə, Rusiya üçün bu “referendumların” Qərb tərəfindən tanınması prinsipial deyil, lakin onlar yeni reallığı dərk etməlidirlər.
"Referendumla bağlı situasiyada həyatın özünün diktə etdiyi və insanların azad iradəsinə əsaslanan ssenari həyata keçirilir. Ölkələrin böyük əksəriyyəti başa düşür ki, biz haqlıyıq. Rusiyaya qarşı qarşıdurmaya getmək düzgün deyil”, deyə o, qeyd edib.
Xatırladaq ki, Rusiya Ukraynanın işğal edilən 4 subyektində qanunsuz “referendumlar” keçirib və Putin sentyabrın 30-da Kremldə baş tutan mərasimdə həmin bölgələrin Rusiyaya daxil olmasına imza atıb.
Artıq Dövlət Duması, Federasiya Şurası bu “sənədləri” ratifikasiya edib.
Bizim.Media