Seyran Ohanyan: “Paşinyanla Ermənistanın məğlubiyyətləri daimi olacaq”

Seyran Ohanyan: “Paşinyanla Ermənistanın məğlubiyyətləri daimi olacaq”

Hazırda oxunan: Seyran Ohanyan: “Paşinyanla Ermənistanın məğlubiyyətləri daimi olacaq”

9702

Ermənistanda “Vətənin səsi” təşəbbüs qrupunun görüşü keçirilib.

Bizim.Media “yerkramas” saytına istinadən xəbər verir ki, görüşdə Nikol Paşinyanın dərhal istefasını tələb edən 300-dən çox ictimai-siyasi, elm-təhsil və mədəniyyət xadimləri iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Seyran Ohanyan Paşinyanı təhdid etdi: “Getməlisən!”


Tədbir əsnasında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan çıxış edərək qeyd edib ki, indiki hökumət müharibənin başlaması üçün hər şey edib. 

Paşinyan hökumətinin bunu bilmədən etməsi hardasa anlaşılandır, amma bu fəaliyyət qəsdən reallaşdırılıbsa, bax, əsl problem və çətinliklər onda yaranır”.

Ohanyan Nikolun özünə bəraət qazandırdığı çıxışlarını da toxunub:

“Nikol deyir ki, onsuz da bu torpaqları qaytarmalıydıq. Sual yaranır ki, sən bu torpaqları geri verəcəkdinsə, niyə savaş edirdin?”.

“Torpaqları mərhələli şəkildə də Azərbaycana qaytarmaq olardı”- deyən Ohanyan, müharibədəki məğlubiyyətlərinin səbəblərindən də bəhs edib:

“Ermənistan hökuməti inkişaf planları hazırlayırdı. Rəsmi İrəvan ordunun gücləndirilməsi, hava hücumundan mühafizə sisteminin yenilənməsi barədə fəaliyyətlərindən danışır, müasir texnika alınması barədə söz açırdı. Mən bilmirəm, bu silah-sursat alındı, yoxsa yox, ancaq savaş ərzində tam əksini gördük”.

Ohanyan bildirib ki, idarəetmədə də boşluqlar çox idi:

“Dövləti ayaqüstü idarə edirdilər. Savaş ərzində bir nəfəri masada oturub, əlinə ağ kağız alıb, plan hazırlayan, nəsə yazan görmədim. Nizam-intizam yox idi. Ermənistanın baş naziri noyabrın 9-da (10 noyabr) parlamentlə məsləhətləşmə aparmadan atəşkəs barədə sənədə qol çəkdi. Buna görə də, yanvarın 11-də Paşinyana sadəcə dedilıər ki, bu 4 bəndi də imzala”.

Ohanyan çıxışınının sonunda özündən və digərlərindən soruşub ki, “indiki hökumətlə Ermənistanın uçurumu və məğlubiyyətləri daimi olacaq. Bu, bizə lazımdırmı?”

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO