Niyə milli kimliyimizi itirib Qərbə göz dikməliyik? - Erməni jurnalist

Niyə milli kimliyimizi itirib Qərbə göz dikməliyik? - Erməni jurnalist

Hazırda oxunan: Niyə milli kimliyimizi itirib Qərbə göz dikməliyik? - Erməni jurnalist

96937

“Nə baş versə də Qərbə göz dikməyə ehtiyac yoxdur. Çünki nə qədər çalışsan da, nə etsən də yenə də bizi özününkü kimi tanımayacaqlar. Milli qürurumuzu və heysiyyətimizi unutmamalı, başqasının qapısını sındırmamalıyıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni jurnalist Sergey Bablumyan “Sputnik Ermənistan” nəşrində yazıb.

“Hər şey kiçik detallardan başlayır. Məsələn, Paris supermarketində öz ana dilinizi eşidəndə “dost və ya düşmən”i müəyyən edən transponderi söndürüb yan keçirsiniz. Buna görə fransız olmayacaqsınız, amma milli kimlik özlüyündə mütləq pozulur. Nə üçün?

Avropa ilə uzlaşma ümumiyyətlə ciddi və sırf daxili məsələlərdə çaşqınlıq yaratdıqda daha da pisdir. Bir müddət əvvəl keçmiş baş prokuror Davtyan ölkədə ölüm hökmünün qaytarılması barədə qərar qəbul edib. Məlum oldu ki, nə qədər ki, Ermənistan Avropa Şurasının üzvüdür, bu, mümkün deyil. Belə çıxır ki, nə edəcəyimizə biz yox, onlar qərar verirlər.

Bir çox ştatlarında ölüm hökmünü saxlayan ABŞ isə Venesiya Komissiyasının onlar haqqında nə düşündüyünə əhəmiyyət vermir.

Niyə Ermənistan üçün mütəxəssisləri Dövlət Departamenti axtarmalıdır? Çünki Qərbi razı salmaq üçün hər şeyi “onlarınki kimi” etməyə çalışırıq”, - deyə o, qeyd edib.

Yeri gəlmişkən, Pelosinin Ermənistana səfəri bir çox erməni jurnalistlərinin, politoloqların etirazı ilə qarşılanıb. Onların fikrincə, rəsmi İrəvanı düşdüyü bu bəladan yalnız Moskva qurtara bilər. Hətta sabiq prezident Robert Köçəryan son mətbuat konfransında bildirmişdi ki, Qərbə bel bağlamaq olmaz, elə etmək lazımdır ki, Moskva ilə münasibətlər korlanmasın, əks halda Errmənistan yeni itkilərlə üzləşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO