İranın Qafandakı baş konsulu təyinat məktubunu Mirzoyana təqdim etdi

İranın Qafandakı baş konsulu təyinat məktubunu Mirzoyana təqdim etdi

Hazırda oxunan: İranın Qafandakı baş konsulu təyinat məktubunu Mirzoyana təqdim etdi

96814

İranın Ermənistanın Qafan şəhərinə təyin etdiyi baş konsul Mürtəza Abdin Vəramin sentyabrın 30-da təyinat məktubunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təqdim edib.   

Bizim.Media “armenpress”ə istinadən xəbər verir ki, təqdimat mərasimində İranın Ermənistandakı səfiri Abbas Zühuri də iştirak edib.   

Mərasimdə çıxış edən Mürtəza Abdin Vəramin Qafanda baş konsulluğunu açılmasını iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə xidmət edəcəyini bildirib.   

Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın bu addımını Ermənistana verdiyi əhəmiyyətin göstəricisi hesab edib və İranın bölgədə sülh və sabitliyin qorunmasındakı rolunu təqdir edib.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO