\

\"Ana, məni ən yaxınından qoruya bilmədin\" - Cinsi istismara məruz qalan 14 yaşlı qız - FOTO

Hazırda oxunan: \"Ana, məni ən yaxınından qoruya bilmədin\" - Cinsi istismara məruz qalan 14 yaşlı qız - FOTO

9674

Ailə dostları tərəfindən cinsi istismara mərzu qalan 14 yaşlı qız intihara cəhd edib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Dənizli bölgəsində baş verib.

Qızının hərəkətlərindən şübhələnən ana, kontrol etmək məqsədi ilə qızın otağına girib. Anasını görən 14 yaşlı qız əlindəki məktubu gizlətməyə çalışsa da bacarmayıb. Məktubda “Ana, məni ən yaxınından qoruya bilmədin”, - deyə yazılıb. Daha sonra isə anası onun cibindən gizlətdiyi dərmanları da tapıb.

Məktubu oxuduqdan sonra qızı ilə söhbət edən ana gerçəkləri öyrənib. Beləliklə, qız evli və bir uşaq atası olan ailə dostları tərəfindən cinsi istismara məruz qaldığını bildirib. Məlum olub ki 6 illik dostluq etdikləri kişi, onlara hər qonaq gəldiyində qızın bədəninin özəl hissələrinə toxunub.

Hadisə ilə bağlı polisə müraciət edilib və 14 yaşlı uşağın psixoloq vasitəsi ilə ifadəsi alınıb. O, bildirib ki, “əmi” dediyi insan ona qarşı uyğunsuz hərəkətlər edib:

“Təkrar qarşıma çıxmağından çox qorxuram. Tutulsun və cəzasını alsın“.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO