Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun işğal altındakı Abxaziyaya səfərini qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti özünün “twitter” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenko Abxaziyaya səfər edib
“Mən Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini qətiyyətlə pisləyirəm. Bu, Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanununun, Belarusla ikitərəfli münasibətlərimizin və beynəlxalq hüquq prinsiplərinin qəbuledilməz şəkildə pozulmasıdır”,-də ölkə başçısı qeyd edib.
Bizim.Media