Ermənistan Respublikasının bütün dövlət struktarlarında xaos hökm sürür. Bu da dövlətçiliyə ciddi zərbədir.
Bizim.Media xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zoqrabyan yanvarın 25-də jurnalistlərlə söhbətində bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır” – Qabrielyanov
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın hələ siyasi yolla getməyə vaxtı var.
"Lakin biz görürük ki, o, müxalif fraksiyanın nümayəndəsi olarkən illərlə dediklərininin əksinə çıxış edir. Mən Ermənistana mənfi təsir göstərə biləcək fəsadlardan danışmaq istəmirəm.
O, çox gözəl başa düşür ki, əgər bu gün olmasa, sabah mütləq siyasi və hüquqi məsuliyyət olacaq və buna görə də özününküləri Ermənistandan çıxarmaq istəyir.
Bir saniyə də şübhə etmirəm ki, Paşinyan gedəcək. Bu müzakirə olunmayan bir aksiomdur. Onun siyasi yolla getmək və yalnız hüquqi məsuliyyətə cəlb olunmaq imkanı var idi və indi də var",- deyə Zoqrabyan qeyd edib.
Bizim.Media