Köçəryan: “Azərbaycanla danışıqlar prosesində Qarabağ mövzusu yoxdur”

Köçəryan: “Azərbaycanla danışıqlar prosesində Qarabağ mövzusu yoxdur”

Hazırda oxunan: Köçəryan: “Azərbaycanla danışıqlar prosesində Qarabağ mövzusu yoxdur”

96260

“Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlar prosesində Qarabağ mövzusu, ümumiyyətlə yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü, sentyabrın 28-də keçirdiyi mətbuat konfransında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi və onların suverenliyi kimi anlayışları öz leksikonundan tamamilə çıxarıb.

“Ermənistan hakimiyyəti etiraf edir ki, münaqişə artıq həll olunub və rəsmi Bakının dediyi kimi Qarabağ məsələsi mövcud deyil. Belə davam edərsə, o zaman gələcək danışıqlar prosesi azərbaycanlılarla Qarabağ erməniləri arasında aparılacaq”, - deyə Köçəryan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO