Türkiyədəki zəlzələ DAĞINTILARA səbəb oldu - FOTO 

Türkiyədəki zəlzələ DAĞINTILARA səbəb oldu - FOTO 

Hazırda oxunan: Türkiyədəki zəlzələ DAĞINTILARA səbəb oldu - FOTO 

96145

Türkiyənin Ərdahan əyalətinin Gölə rayonunda qeydə alınmış 5 bal gücündə zəlzələ dağıntılara səbəb olub.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, zəlzələ zamanı Gölə rayonunun Kiçik Altunbulak kəndində 8 ev və ətraf kəndlərdə bəzi tikililərin divarları uçub. Kənddə 1 nəfərin üzərinə daş parçaları düşüb. Yaralı təcili yardım maşınıyla xəstəxanaya aparılıb.

Zəlzələnin təsirindən qaya parçaları magistral yola dağılıb. Bir neçə kənddə tövlələr dağılıb.

Həmçinin bildirilib ki, zəlzələ Ərdahan şəhərinin mərkəzində, Şenkaya rayonunda, Qarsda da hiss olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO