İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqləndi

İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqləndi

Hazırda oxunan: İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqləndi

96090

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-nə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb.  

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə repressiz qüvvələrini dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.  

Xatırladaq ki, İran televiziyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.
İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO