İran hökumətinin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyalarına qoşulan iki gənc qadının ölümü ilə bağlı yeni fakt açıqlanıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, təbrizli Aysan Mədənpəsənd və Mazəndəran əyalətinin Noşəhr şəhərindən olan Hənanə Kiyanın İranın hökumət qüvvələri tərəfindən qətlə yetirildiyi təsdiqini tapıb.
Aysan Mədənpərəst həbs edildikdən sonra polislər tərəfindən vəhşicəsinə döyülərək aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Təhlükəsizlik qüvvələri Aysanın ailəsinə təzyiq göstərib və onun ölümünün təbii şəkildə baş verdiyi barədə məcburi açıqlama vermələrini tələb edib.
Hənanə Kiya isə sentyabrın 23-ü axşam saatlarında Noşəhrdə keçirilən dinc aksiyada xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Region
14:28 / 26.09.2022
İran polisinin öldürdüyü daha iki qadının kimliyi bilindi - FOTO
Hazırda oxunan: İran polisinin öldürdüyü daha iki qadının kimliyi bilindi - FOTO
Hazırda oxunan: İran polisinin öldürdüyü daha iki qadının kimliyi bilindi - FOTO
95829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.