“Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” - Çavuşoğlu

“Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” - Çavuşoğlu

Hazırda oxunan: “Məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir” - Çavuşoğlu

95804

Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkdakı təmaslarından sonra Türkiyənin Los Anceles Baş Konsulluğunda vətəndaşlarla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “ensonhaber.com” saytı yayıb.

“Gərgin xarici siyasət yürüdürük. Ölkəmizin maraqlarını qorumaq bizim prioritetimizdir. Dünyadakı qarşıdurmaların 60 faizi ətrafımızdadır. Çətin bir dövrdə yaşayırıq. Covid-19-dan xilas olduq, Avropanın ortasında Ukraynada müharibə başladı. İmmiqrasiya, terror, irqçilik problemi var. Türkiyə münaqişələrin həllində fəal xarici siyasət yürüdür”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanın sülhə və bölgədə əməkdaşlığa ehtiyacı var” - Mövlud Çavuşoğlu


“İndi əsas məqsədimiz Putinlə Zelenskini bir araya gətirməkdir. Güvən artırmaq üçün də addımlar atmaq lazımdır. Son əsir mübadiləsində mühüm rol oynadıq. Hazırda beş ukraynalı komandir ölkəmizə gəlib. Türkiyə bütün bu sahələrdə üzərinə düşəni edir”, deyə nazir yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO