"Etirazçılara çağırış vərəqəsi verilməsi qanunidir" - PESKOV

Hazırda oxunan: "Etirazçılara çağırış vərəqəsi verilməsi qanunidir" - PESKOV

95244

"Müharibə əleyhinə mitinqlərdə saxlanılan şəxslərə çağırış vərəqələrinin verilməsi praktikası qanuna zidd deyil".

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, həmçinin səfərbərlik elanı fonunda Rusiya hava limanlarında yaşanan həyəcanla bağlı məlumatları “çox şişirdilmiş” adlandırıb.

“Aeroportlardakı ajiotajın olması barədə məlumatlar çox şişirdilib. Bununla bağlı çoxlu saxta məlumatlar ortaya çıxır”, - deyə o bildirib.

Peskov, həmçinin Ukrayna ilə əsir mübadiləsinin təfərrüatını, o cümlədən “Müxalifət Platforması - Həyat naminə” təşkilatının liderlərindən biri, Putinin dostu Viktor Medvedçukun da onların arasında olub-olmaması barədə sualı şərh etməyib.

Rusiya prezidentinin mətbuat katibi oğlu Nikolay ilə özünü hərbi idarənin əməkdaşı kimi təqdim edən məhkum Aleksey Navalnının şəriki Dmitri Nizovtsev arasında söhbətdən xəbəri olduğunu bildirib.

Eyni zamanda, Kremlin sözçüsü söhbətin tam mətninin dərc edilmədiyini deyib.

Peskov jurnalistlərin bu söhbətdən xəbəri olub-olmaması ilə bağlı sualına cavab verərkən "Bəli, bundan xəbərim var" deyib.

Kremlin sözçüsü, eyni zamanda oğlu Nikolayın hərbi komissarlığa gəlməkdən imtina etdiyi ilə bağlı videoya baxmadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO