KTMT baş katibi erməni generalla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi

KTMT baş katibi erməni generalla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi

Hazırda oxunan: KTMT baş katibi erməni generalla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi

95227

KTMT missiyasının başında Ermənistanda olan KTMT-nin baş katibi Stanislav Zas respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Edvard Asryan ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat yayıb.

"Ermənistan Respublikasının sərhədyanı rayonlarının bəzi ərazilərində vəziyyət ətraflı müzakirə edildi. Həmçinin təşkilatın gələcək mümkün tədbirləri haqda da danışıldı”, - məlumatda deyilir.

Xatırladaq ki, KTMT-nin baş katibi Stanislav Zas sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən, KTMT-nin Ermənistana gələn missiyanın rəhbəri seçilib. Missiyaya KTMT-yə üzv dövlətlərin nümayəndələri də daxildir.
Missiyaya cari vəziyyəti qiymətləndirmək, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyətlə bağlı ətraflı informasiya toplanaq və Ermənistan-Azərbaycan sərhəddində müəyyən ərazilərdə yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO