İrandan körfəz ölkələrinə “müzakirəyə hazırıq” mesajı

İrandan körfəz ölkələrinə “müzakirəyə hazırıq” mesajı

Hazırda oxunan: İrandan körfəz ölkələrinə “müzakirəyə hazırıq” mesajı

9517

Bizim.Media “Reuters” xəbər agentliyinə istinadən məlumat verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə ölkəsinin mövcud problemlərin həlli üçün Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu bildirib.

Mətbuat katibi Hatibzadə Səudiyyə Ərəbistanının Körfəzdəki bəzi ölkələrə qarşı siyasi xəttində müsbət dəyişikliklər etdiyinə diqqət çəkib və əlavə edib: 

"Bu siyasi dəyişikliklər gündəmdədirsə və Səudiyyəlilər regional əməkdaşlığın problemlərin həlli olduğu qənaətinə gələrsə, İran bu vəziyyəti ilk qəbul edən ölkə olacaq."

İki ölkə arasındakı problemləri həll etmək üçün danışıqlara hazır olduqlarını qeyd edən Hatibzadə, "Səudiyyə Ərəbistanının bəzi narahatlıqlar ola bilər və biz bu mövzuların müzakirə edilməli olduğuna inanırıq", - deyə qeyd edib.

İran sözçüsü ölkəsinin regional sülhə nail olmaq üçün “Hörmüz Sülh Təşəbbüsü” layihəsini təqdim etdiyini xatırladıb:

"Təəssüf ki, bu günə qədər gördüklərimiz Səudiyyə Ərəbistanı da daxil olmaqla Fars körfəzindəki bəzi ölkələrin İranın bu mövzuda verdiyi təklifləri cavabsız qoymasıdır."

Xatırladaq ki, Qətər Xarici İşlər Naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani, Dohanın bu mövzuda vasitəçilik edə biləcəyini elan edərək 19 yanvarda Körfəzdəki ərəb ölkələrini İranla dialoqa dəvət etmişdi, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Qətərin dialoq çağırışını alqışladığını bildirmişdi.

Analitiklərin fikrincə, İranın bu addımı digər körfəz ölkələri ilə əməkdaşlıqda istəkli olmasından xəbər verir. İran ABŞ-ın körfəz ölkələrini İrana qarşı birləşdirəcəyindən və İranın bölgədə təklənəcəyindən narahatdır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO