Ruslar ölkədən qaçır: Gürcüstan sərhəddində sıxlıq yarandı – FOTO/VİDEO

Ruslar ölkədən qaçır: Gürcüstan sərhəddində sıxlıq yarandı – FOTO/VİDEO

Hazırda oxunan: Ruslar ölkədən qaçır: Gürcüstan sərhəddində sıxlıq yarandı – FOTO/VİDEO

95152

Xəbər verdiyimiz kimi, dünən Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində ehtiyatda olan 300 min rusiyalının orduya çağırılacağını deyib.

Həmin anonsdan sonra “Vesna” gənclər hərəkatı səfərbərliyə qarşı etiraz mitinqi keçirmək qərarına gəlib. Artıq  dünəndən başlayaraq baş tutan aksiyalarda xeyli şəxs tutulub.

Bu azmış kimi ölkədən xaricə uçan təyyarələrə bilet satışı sürətlənib və əldə edilən informasiyaya görə, yaxın günlərdə Türkiyə, Azərbaycan, Ermənistan və MDB-nin digər ölkələrinə uçan reyslərdə anşlaq yaranıb.

Bizim.Media-nın məlumatına görə, ruslar quru yolla da ölkədən çıxmağa çalışırlar. 

Bununla bağlı ötən gecədən başlayaraq Rusiyanın Gürcüstan, Monqolustan və Qazaxıstanla sərhədində iki gündür tıxaclar müşahidə edilir.
 

 

 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO