Sentyabrın 22-i İran prezidentinin administrasiyasının rəsmi saytı da hökumət qurumlarına aid bir çox internet saytları ilə birlikdə sındırılıb və hazırda həmin sayta daxil olmaq mümkün deyil.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, İran prezidentinin internet saytına haker hücumu edən "Anonimus" qrupunun üzvü öz tvitter hesabında “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq” yazıb.
Adı çəkilən haker qrupu daha əvvəl Məhsa Əminin “Əxlaq” polisi tərəfindən ölüdürülməsindən sonra İran xalqının etirazlarına dəstək üçün Tehran hökumətinə məxsus rəsmi saytları hədəf alacağını açıqlamışdı.
Sözügedən qrup son iki gündə hökumətə aid bir çox internet saytlarını, o cümlədən İran Mərkəzi Bankı, Mədəniyyət Nazirliyi, hökumətin rəsmi internet saytını və İran hökuməti sözçüsünün saytını sındırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:29 / 22.09.2022
İran prezidentinin rəsmi saytı dağıdıldı
Hazırda oxunan: İran prezidentinin rəsmi saytı dağıdıldı
Hazırda oxunan: İran prezidentinin rəsmi saytı dağıdıldı
95141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.