Regionda KTMT HƏYƏCANI - “Unutmayaq ki, Ermənistan-Türkiyə sərhədi NATO-Rusiya sərhədidir”

Regionda KTMT HƏYƏCANI - “Unutmayaq ki, Ermənistan-Türkiyə sərhədi NATO-Rusiya sərhədidir”

Hazırda oxunan: Regionda KTMT HƏYƏCANI - “Unutmayaq ki, Ermənistan-Türkiyə sərhədi NATO-Rusiya sərhədidir”

95060

KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi missiyasının Ermənistana sentyabrın 15-də olan səfərindən dərhal sonra dünən qurumun baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti də bu ölkəyə səfər edib. 

Bildirilib ki, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün İrəvana gedib.

Məlumata görə, missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.
Sidorovun ardınca Zasın da İrəvana gəlişini dəyərləndirən Milli Məclisin deputatı Arzu Nağıyev bu səfəri KTMT-nin son olaylardan müvafiq nəticələr çıxarmaq niyyətilə əlaqələndirib: 

“Ermənistan KTMT-nin üzvü olduğundan, eyni zamanda bu ölkədə Rusiyanın hərbi bazası yerləşdiyindən sözügedən qurum rəsmiləri mütəmadi olaraq İrəvana səfərlər edəcək. Çünki gələcəkdə delimitasiya və demarkasiya prosesi bitdikdən, sülh müqaviləsinə imza atıldıqdan, tərəflər bir-birinin ərazi bütövlüyünütanıdıqdan sonra mütləq şəkildə Ermənistan tərəfdən sərhəddə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları dayanacaq. 

Düşünürəm ki, burada hər hansı bir problemli iş ola bilməz. Çünki söhbət Ermənistan ərazisindən gedir. Azərbaycan ərazisində KTMT-nin işi yox və ola da bilməz. Ona görə ki, Azərbaycan heç bir hərbi blokun üzvü deyil. 
Ermənistanın son çağırışları və Pelosinin səfəri zamanı KTMT-dən çıxmaq bəyanatı qurumu düşünməyə vadar edib. Unutmayaq ki, Ermənistan-Türkiyə sərhədi NATO-Rusiya sərhədidir. Bu səbəbdən KTMT son olaylardan müvafiq nəticələr çıxarmaq qərarına gəlib”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO