“Biz Qərblə Şərqin qovşağındayıq, lakin coğrafi baxımdan KTMT regionuna daha yaxınıq”.
Bizim.Media xəbər verir ki, bunu sentyabrın 21-də jurnalistlərə müsahibəsində parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri, Xocalı qatili, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, bu illər ərzində Ermənistan, xüsusilə KTMT-nin hərbi komponentinin inkişafı istiqamətində ciddi işlər görüb.
O, qeyd edib ki, hər bir təşkilatın həm müsbət, həm də mənfi cəhətləri var.
“NATO-da da eyni çatışmazlıqlar var. Bu strukturda münaqişəli ölkələr var, məsələn, Türkiyə və Yunanıstan. Mövcud hakimiyyət KTMT-dəki baş katibimizi azadlıqdan məhrum etmək cəhdlərindan başqa bu qurumda qərar qəbul etmə prosedurlarını gücləndirmək üçün nə edib?
Paşinyan hakimiyyəti KTMT-yə müraciət etməzdən əvvəl ölkənin daxili səfərbərliyini həyata keçirməli və orduya dəstək verməli idi. Başqa ölkənin heç bir əsgəri gəlib ərazimizdə səngər qazıb döyüşməyəcək”, - Ohanyan vurğulayıb.
Bizim.Media