Ermənistanda ölən hərbçilərin analarına qarşı ZORAKILIQ – Qərb niyə susur? – VİDEOLAR 

Ermənistanda ölən hərbçilərin analarına qarşı ZORAKILIQ – Qərb niyə susur? – VİDEOLAR 

Hazırda oxunan: Ermənistanda ölən hərbçilərin analarına qarşı ZORAKILIQ – Qərb niyə susur? – VİDEOLAR 

95022

Sentyabrın 12-14-də Ermənistanın sərhəddəki təxibatlarına qarşı Azərbaycanın gördüyü cavab tədbirləri təkcə bu ölkənin ordusunu rəzil duruma salmadı. Eyni zamanda Ermənistanın ictimai-siyasi həyatına da dağıdıcı zərbə vurdu.

Ermənistan iqtidarının yüzlərlə əsgəri qurban verməsi, siyasi müxalifəti meydanlara tökməklə yanaşı erməni analarının fəryadını da ərşə qaldıərdı.

Belə ki, toqquşmalarda canlarından olan yüzlərlə hərbçinin anası etiraz səslərini yüksəltməyə başladı. Təbii ki, millətindən asılı olmayaraq övlad itkisi ilə üzləşən ananın üsyanı başadüşülən və qəbulediləndir.
Lakin məsələnin qəbuledilməz tərəfləri də var...

Övladını siyasi ambisiyalar uğrunda ölümə göndərmək istəməyən erməni qadınları etirazlar zamanı özləri də polis zorakılığının qurbanına çevrildi. Ermənistan iqtidarı acılar içində yaşayan qadınlara qarşı rezin dəyənək və yumruqlarını işə saldı.  

Paşinyan rejiminin xalqını gücə əl ataraq susdurması Ermənistanın daxili məsələsidir və bizim üçün elə bir əhəmiyyət kəsb etmir. 

Öz xalqıdır, özü bilər...

Amma erməni xalqının nümayəndəsi olmayan siyasilərin məsələyə baxış bucağı, ikiüzlülüyü anlaşılan deyil.

Bəllidir ki, Paşinyanı hakimiyyətə Qərb gətirib. O Qərb ki, demokratiyanı özünə əsas dəyər seçib, bütün addımlarını da bu ad altında pərdələməyə çalışır. Bir neçə gündür ki, erməni analarının təkcə bala itkisindən deyil, polis dəyənəyi altında ərşə çıxan fəryadına Qərb nədənsə biganə qalır.
Nə hikmətdirsə, bu zorakılıqlara qarşı heç bir demokratiya carçısının nə bir reakiyasına, nə də “narahatlıq keçirdiklərinə” şahidlik etmirik. Bəlkə də, Qərb üçün demokratiya nəzəriyyə və praktikada fərqli anlayışlardır.

Yəni, maraqlarına uyğun olduqda, diktatoru belə “demokratiya savaşçısı” kimi qəbul etmək olar. Lakin əksi olduqda, 10 barmağını bala batırsan belə, yarına bilmirsən.

Bu gün Ermənistanda hərbçi analarına qarşı törədilən zorakılıq aktlarına münasibətdə də qeyd etdiyimiz tendensiyaya bir daha şahidlik edirik. Ermənistan iqtidarı onlarla istədiyi kimi rəftar edib, səslərini batırmağa çalışır. Amma ən lal şəkildə səsi batan isə ABŞ-dır. Nədənsə İrəvana qədər gəlib timsah göz yaşları axıdan Nensi Pelosinin də gözü dumanlıdır bu hadisələri görmür.

Bir anlıq təsəvvür edək, eyni hal Azərbaycanda baş verib. Qərbin reaksiyası necə olardı?

Əslində bunu ritorik sual hesab etmək olar. Çünki cavab az-çox hamımıza bəllidir. İndiyədək ABŞ-dan, ya da digər insan hüquqları təəssübkeşlərindən etirazını, narazılığını bildirməyən qalmazdı.
Hər biri Azərbaycanı hədəfə alıb, maliyyələşdirdikləri media resurslarında “milçəkdən fil düzəldib” ölkəmizi qaralamaq üçün yarışa çıxardı. Pelosi kimilər isə dodaqlarını büzə-büzə göz yaşı ifrazatı ilə məşğul olardılar. 

Bəs, buna ikiüzlülükdən başqa nə ad verək?
 

 


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO