Dövlət Duması ruslara Türkiyəyə istirahətə getməməyi tövsiyyə etdi: “Qismən səfərbərlik var”

Dövlət Duması ruslara Türkiyəyə istirahətə getməməyi tövsiyyə etdi: “Qismən səfərbərlik var”

Hazırda oxunan: Dövlət Duması ruslara Türkiyəyə istirahətə getməməyi tövsiyyə etdi: “Qismən səfərbərlik var”

95017

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, deputat Andrey Kartapolov səfərbərliyə məruz qalan vətəndaşların çağırış vərəqəsi alana qədər Rusiyada hərəkətinə heç bir məhdudiyyətin qoyulmayacağını deyib.

Lakin vətəndaşlara xaricə getməməyi və hətta ölkə daxilində hərəkət etməməyi tövsiyyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Bizdə qismən səfərbərlik var. Bütün ölkəyə şamil edilmir. Ona görə də əlavə məhdudiyyətlər, fikrimcə, tətbiq olunmayacaq. Siz rahat şəkildə Krasnoyarsk və ya Omska gedə bilərsiniz, amma mən sizə Türkiyəyə istirahətə getməyi məsləhət görməzdim”, – Kartapolov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO