Xüsusi hərbi əməliyyatın başlanmasından dərhal sonra rəsmi Kiyev Rusiyanın təkliflərinə müsbət münasibət bildirmişdi, lakin Ukraynaya razılaşmaları pozmaq barədə birbaşa göstəriş verildi.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı deyib.
Putin çıxışında onu da deyib ki, xüsusi hərbi əməliyyat başlayandan sonra İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna nümayəndələri Rusiyanın təkliflərinə müsbət reaksiya verib.
O həmçinin qeyd edib ki, bu təkliflər ilk növbədə Rusiyanın təhlükəsizliyinin və maraqlarının təmin olunması məsələlərinə toxunurdu.
“Bir sıra razılaşmaların əldə olunmasından sonra rəsmi Kiyevə faktiki olaraq bütün razılaşmaları pozmaq tapşırığı verildi və Ukraynanı silahla daha çox təmin etməyə başladılar. Bununla yanaşı, Qərb ölkələri Kiyevi Rusiya ərazilərində hərbi əməliyyatlara sövq edir və bu ondan xəbər verir ki, Rusiya bütün vasitələrlə döyüş meydanında olmalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Region
11:35 / 21.09.2022
"Ukrayna ilə danışıqları pozurlar" - Putin qərbi ittiham etdi - VİDEO
Hazırda oxunan: "Ukrayna ilə danışıqları pozurlar" - Putin qərbi ittiham etdi - VİDEO
Hazırda oxunan: "Ukrayna ilə danışıqları pozurlar" - Putin qərbi ittiham etdi - VİDEO
94961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.