Pensiyaçı 12 yaşlı uşağı güldüyünə görə girov götürdü - Rusiyada DƏHŞƏT  

Pensiyaçı 12 yaşlı uşağı güldüyünə görə girov götürdü - Rusiyada DƏHŞƏT  

Hazırda oxunan: Pensiyaçı 12 yaşlı uşağı güldüyünə görə girov götürdü - Rusiyada DƏHŞƏT  

94899

Rusiyada 68 yaşlı kişi 12 yaşlı uşağı yüksək səslə güldüyü üçün vəhşicəsinə döyüb.

Bizim.Media xəbər verir ki, bu barədə də “Moskovski Komsomolets”nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Moskva şəhərinin Qolyanovo rayonunda baş verib. Belə ki, yaşayış binasının qarşısında 6-cı sinif şagirdi oğlan öz həmyaşıdı ilə söhbət edərkən yüksəkdən gülüb. Binanın 1-ci mərtəbəsində yaşayan 68 yaşlı kişi uşaqların səsindən hiddətlənərək əlində çubuqla küçəyə çıxıb və oğlanlardan birini evinə gətirərək döyməyə başlayıb.
Uşaq qocaya gələn telefon zəngini fürsət bilərək qaçmağı bacarıb.

Zərərçəkmiş ağır bədən xəsarətləri və daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini stabil ağır kimi qiymətləndirirlər.

Hadisədən şikayətçi olan valideynlər dərhal polisə məlumat verib. Hiddətli qoca saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO