“Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacağıq

“Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacağıq" - Ərdoğan - VİDEO

Hazırda oxunan: “Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olacağıq" - Ərdoğan - VİDEO

94871

"Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkündür".

Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ: "Krımı geri qaytarın!"


"Biz Türkiyə olaraq, Azərbaycan-Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür. Biz hər zaman azərbaycanlı qardaşlarımızın hüquqlarının qorunmasında və gələcəklərinin qurulmasında yanında olacağıq", - Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb:

"Türkiyə olaraq, çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO