Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

Hazırda oxunan: Ermənistanın hərbi prokuroru və onun müavinləri işdən çıxarıldı

94801

Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Ermənistan” saytında yer alıb.

Mənbə yazır ki, o, parlamentdə seçildikdən bir gün sonra baş prokurorun müavini, hərbi prokuror Vaqe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Həmin gün hərbi prokurorun müavini Arsen Sərdaryan tutduğu vəzifədən azad edilib. Sentyabrın 19-da hərbi prokurorun digər müavini Sevak Ovannisyan işdən çıxarılıb. Maraqlıdır ki, Ovannisyan bu vəzifəyə cəmi 3 gün əvvəl - sentyabrın 16-da gətirilmişdi.
Vardapetyan bundan əvvəl Ermənistan ədliyyə nazirinin müavini işləyib. 2020-ci ilin mart ayından Baş nazirin köməkçisi vəzifəsində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO