“Biz faciəli tarixlərdən heç vaxt dərs almırıq” - Livanlı erməni politoloq 

“Biz faciəli tarixlərdən heç vaxt dərs almırıq” - Livanlı erməni politoloq 

Hazırda oxunan: “Biz faciəli tarixlərdən heç vaxt dərs almırıq” - Livanlı erməni politoloq 

94448

“Təəssüf ki, ermənilərin əksəriyyəti faciəli tarixlərindən heç vaxt dərs almırlar. Mürəkkəb və strateji geosiyasi kəsişmədə yerləşən ölkə idealist siyasət apara bilməz. Tarixə qayıdın, bir əsr əvvəl 1919-1920-ci illərdə demək olar ki, oxşar səhvə yol vermişdik.

Ermənistan Respublikasının hakim partiyası Daşnaksütyun bölgədə bolşevik amilinin güclənməsinə və Türkiyə i ilə əməkdaşlığa əhəmiyyət verməyərək qərbyönlü xarici siyasətdə israr edirdi. Sonra kor-koranə ümidlərimizi ingilislərə, fransızlara, italyanlara və amerikalılara bağladıq.

Düşünürdük ki, demokratik təsisatlarımız, sivilizasiya kursumuz, dinimiz Qərbi qane edəcək. Biz səhv etmişik. Sonralar özümüzü “xəyanətkar” hiss etdik, ancaq artıq gec idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri livanlı erməni politoloq Yeqiya Taşçyan yazıb.

“Bu gün bir çox erməninin ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərini ABŞ-ın “Ermənistanın demokratik dəyərlərinə” dəstəyinin əlaməti kimi vəsf etməsini eşitmək üzücü və gülməlidir. Əziz dostlar, bu, “demokratiya” ilə “avtokratiya” arasında müharibə və ya toqquşma deyil. Realizmə və qüvvələr balansına əsaslanan beynəlxalq münasibətlər belə nağılları tanımır. Onlar ancaq gücü tanıyırlar.

Amerikalıların 2008-ci ildə gürcüləri tək qoyduğunu xatırlayın. 2011-2012-ci illərdə onların ərəb müttəfiqləri? Onlar tezliklə Rusiya ilə müqavilələrini həyata keçirib öz maraqlarını qoruyandan sonra ukraynalılardan əl çəkəcəklər.

Böyük dövlətlər heç vaxt öz maraqlarını dəyərlərə qurban vermirlər və niyə belə etməlidirlər?

Cənubi Qafqazda əsas aktorlar aydındır - Rusiya, İran və Türkiyə. Kollektiv Qərb (ABŞ və Aİ) isə qeyri-regional aktordur və onlar Ermənistandan Rusiya və İranı cilovlamaq üçün amil kimi istifadə edəcəklər. Ermənistanın özünə isə kömək etməyəcəklər.

ABŞ və Aİ ilə əməkdaşlıq ideal mənada vacibdir, lakin milli maraqlarımıza uyğundursa, sırf realizmdən kənardır. Ermənistan Rusiya və İrana təhlükəli siqnallar göndərən aktiv və ya ötürücü kimi yaşaya bilməz.

Strateji tərəfdaşlarınız və müttəfiqləriniz sizi niyə “atırlar” deyə qışqırmazdan əvvəl sabah Rusiya və İran qəzetlərini oxuyun. Siz kor-koranə idealizminiz və geosiyasi savadsızlığınızla bir vaxtlar suveren olan ölkənizi  uğursuz dövlətə çevirirsiniz”, - deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO