Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna ərazisində nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən hərbi doktrinaya istinad edib.
Bu barədə Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir.
Kremlin saytında dərc edilmiş Rusiyanın hərbi doktrinasına görə, Rusiya Federasiyası ona və ya müttəfiqlərinə qarşı nüvə, eləcə də digər kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
Habelə, Rusiyanın mövcudluğu təhlükə altına alınarsa, nüvə silahından istifadə mümkündür.
Avqust ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiyanın Ukraynada nüvə və kimyəvi silahlardan istifadə etmək planları yalandır. Çünki belə tədbirlərə ehtiyac yoxdur.
Onun sözlərinə görə, Rusiyanın nüvə silahının əsas məqsədi nüvə hücumunun qarşısını almaqdır. Şoyqu əlavə edib ki, nüvə silahından istifadə Rusiya sənədlərində müəyyən edilmiş fövqəladə hallarla məhdudlaşır.
Bir neçə gün əvvəl isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, Rusiyanın mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə edilə bilər.
O qeyd edib ki, bu barədə Rusiya Federasiyasının hərbi doktrinasında yazılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:35 / 17.09.2022
Rusiya Ukraynada nüvə silahından istifadə edəcək? - Peskovdan CAVAB
Hazırda oxunan: Rusiya Ukraynada nüvə silahından istifadə edəcək? - Peskovdan CAVAB
Hazırda oxunan: Rusiya Ukraynada nüvə silahından istifadə edəcək? - Peskovdan CAVAB
94323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.