Başından güllə yarası alan erməninin son qeydi:

Başından güllə yarası alan erməninin son qeydi: "Mənə qarşı ov başlandı..."

Hazırda oxunan: Başından güllə yarası alan erməninin son qeydi: "Mənə qarşı ov başlandı..."

9429

Qarabağda qondarma rejimə 13 il “rəhbərlik” edən Bako Saakyanın keçmiş təhlükəsizlik işçisi Artur Apresyanın ölümündən bir neçə saat əvvəl göndərdiyi səs qeydi internetdə yayılıb.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, səs qeydində o, tünd rəngdə eynək taxan adamların olduğu avtomobil tərəfindən izlənildiyini deyib: “Mənə qarşı ov başlandı...”.

Xatırladaq ki, 1985-ci il təvəllüdlü ”Vampir” ləqəbli Artur Apresyanın cəsədi yanvarın 22-də səhər saatlarında Xankəndi qəbristanlığında öz şəxsi avtomobilində tapılıb. Onun başından güllə yarası aldığı deyilir.

Xankəndidəki qondarma rejimin İstintaq Komitəsinin məlumatına görə, “onun sağ əlində tapança olub”.

İlkin məlumatlara görə, hadisə ilə bağlı intihar maddəsi üzrə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO