KTMT-nin əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb

KTMT-nin əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb

Hazırda oxunan: KTMT-nin əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb

94127

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT-nin operativ qrupu Ermənistana gəldi - FOTO


Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. KTMT-nin Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistana səfəri də bu hadisələrlə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO