Erməni deputatdan Paşinyana müraciət  – Çıx get, Paşinyan!

Erməni deputatdan Paşinyana müraciət  – Çıx get, Paşinyan!

Hazırda oxunan: Erməni deputatdan Paşinyana müraciət  – Çıx get, Paşinyan!

9400

Ermənistan parlamenrinin deputatı Arman Abovyan baş nazir Nikol Paşinyana məktub ünvanlayıb.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, deputatın məktubu “yerkramas.org” saytında dərc olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalqı aldatmaqla güclənən Paşinyan hökuməti - Erməni paradoksu


Məktubda deputat Paşinyanı torpaqları satdığını qeyd edərək, onu vətəninə xəyanət etməkdə günahlandırır:

“Torpaqları və Qarabağı satanlar siz elə bilirsiniz sizin bu xəyanəti xalq sizə bağışlayacaq? Siz Hadrut, Şuşanı və Qarabağın 70 %-ni satandan sonra düşünürsüz ki, xalqın kinini ört-basdır edə biləcəksiniz? Siz elə bilirsiniz Sünikin yarısını da itirdiyinizə xalq göz yumacaq? Siz çox səhv edirsiniz, cənab Paşinyan”,- deyə o, qeyd edib.

Saxta ərazi iddialarını ortaya qoyan erməni deputat məktubunda öz revanşist siyasətlərindən əl çəkməyəcəklərini, torpaqları geri qaytarmaq uğrunda mübarizələrini sona qədər davam edəcəklərini də yazıb.

“Siz hakimiyyətdən getdikdən dərhal sonra erməni xalqı Hadrutu, Şuşanı “azad edəcək”. Buna heç şübhəniz olmasın. Çıx get, Paşinyan!”

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO