Rusiya XİN-dən Ermənistanın sərhəddəki təxribatları ilə bağlı BƏYANAT

Rusiya XİN-dən Ermənistanın sərhəddəki təxribatları ilə bağlı BƏYANAT

Hazırda oxunan: Rusiya XİN-dən Ermənistanın sərhəddəki təxribatları ilə bağlı BƏYANAT

93548

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbayanla sərhəddəki son təxribatları ilə əlaqədar bəyanat yayıb. 

Bizim.Media xəbər verir ki, Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib. 

"Sentyabrın 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik", - bəyanatda deyilir. 
Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.

"Biz Bakı və İrəvanla sıx təmasdayıq", - bəyanatda deyilir.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO