Erməni daşnakları Fərqanə vadisindəki 1 illik "fəaliyyət”i dövründə 35 - 150 min aralığında dinc sakin öldürülüb. Özbəkistan Milli Ensiklopediyasında əks olunan rəqəmdə 35 min nəfərdir.
Bizim.Media “YouTube” videokontentinə istinadən xəbər verir ki, ermənilərin insanlığa sığmayan cinayətlərini ekranlaşdırıblar.
Filmin adı isə, “"Kokand: bu haqda yalnız tarixçilər bilir"dir.
Qeyd edək ki, özbək tarixçisi Şuhrat Salamovun "XIX-XX əsrlərdə Türküstan və Cənubi Qafqaz. Daşnaklar:
Fərqanədən Qarabağa qədər” adlı kitabı 1918-ci ildə terror təşkilatı "Daşnaksütyun”-un Kokandakı qanlı fəaliyyəti ilə bağlı həqiqətlərə işıq salıb.
Şuhrat Salamova görə, daşnakların Fərqanə vadisindəki 1 illik "fəaliyyət”i dövründə 35 - 150 min aralığında dinc sakin öldürülüb.
Əsərdə qeyd olunur ki, başlanğıcını Kokanddan alan qanlı erməni izi minlərlə azərbaycanlın öldürüldüyü Qarabağa qədər uzanıb. Bu paralel "Kokand: bu haqda yalnız tarixçilər bilir" adlı filmdə çəkilir.
Daha ətraflı məlumat üçün filmi izləyə bilərsiniz
Bizim.Media