Laçından köçən 14 erməni ailəsinə İrəvanda pul verildi

Laçından köçən 14 erməni ailəsinə İrəvanda pul verildi

Hazırda oxunan: Laçından köçən 14 erməni ailəsinə İrəvanda pul verildi

93219

Azərbaycanın Laçın rayonundan gələn və İrəvanın Nork rayonunda müvəqqəti məskunlaşan 14 erməni ailəsinə 10 milyon dramlıq yardım sertifikatı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə bir vaxtlar Laçın şəhərində qanunsuz məskunlaşan və özünü “mer” elan  Narek Aleksanyan “news.am”a müsahibəsində bildirib və əlavə edib ki, digər ailələrə sertifikatlar hələ verilməyib.

“Bu dəstək proqramı çərçivəsində dövlət həmin ailələrə yeni mənzil almaqda kömək edir. Düzdür, daha rahat mənzil almaq üçün 10 milyon azdır, amma bu, dövlət dəstəyidir”, - deyə o bildirib.

Narek Aleksanyan vurğulayıb ki, Laçın rayonundan gələnlərin əksəriyyəti Ermənistana köçürülüb və yalnız bir neçə ailə Qarabağda qalmağa üstünlük verib.

Qeyd edək ki, avqustun 26-da Azərbaycan ordusu Laçın dəhlizinə, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olub.

Qarabağda müvəqqəti yaşayan ermənilər Ermənistana yeni marşrutla gedirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO