İrəvanda Putinə qarşı mitinq keçiriləcək – FOTO

İrəvanda Putinə qarşı mitinq keçiriləcək – FOTO

Hazırda oxunan: İrəvanda Putinə qarşı mitinq keçiriləcək – FOTO

93205

“Əziz dostlar! Putin rejiminin Ukraynaya qarşı təcavüzünün başlamasından 200 gün keçir. Bununla əlaqədar olaraq sizi sabah, sentyabrın 12-də saat 18:00-da İrəvanın mərkəzindəki Azadlıq Meydanına nümayişə və mitinqə dəvət edirik”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Ermənistana məxsus Telegram kanalında yer alıb.

Mənbə yazır ki, aksiya bir qrup müxalifətçi tərəfindən təşkil edilib.

“Üç bəyanatla Ermənistan xalqına və bütün dünyaya müraciət etməyi təklif edirik:

- Müharibəyə son qoyulsun,

- Putin Haaqa məhkəməsinə verilsin,

- siyasi məhbuslara azadlıq.

Özünüzlə plakatlar, bayraqlar və bannerlər götürün ki, onların köməyi ilə biz Ermənistan cəmiyyətinə indi Rusiyada baş verənlərlə bağlı məlumat verək.

İclas İrəvan meriyası ilə razılaşdırılıb”, deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO